Masallıda Ulu Öndər Heydər Əliyevin 100 illik  yubleyi münasibətilə tədbir keçirilib
ATİAHİ Masallı rayon komitəsi rayon Təhsil sektoru ilə birlikdə Ulu Öndər Heydər Əliyevin 100 illik  yubleyi münasibətilə tədbir keçirib.

Tədbirdə rayon məktəblərinin rəhbərləri və fəal həmkarlar ittifaqı üzvləri iştirak ediblər.

Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon komitəsinin sədri Səfail Eyvazov çıxışında Ulu Öndərin zəngin siyasi fəaliyyətinə nəzər salıb: “Görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. 1993-cü il iyun ayında təcrübəli siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkədəki hərc-mərcliyə, vətəndaş qarşıdurmasına son qoydu, dövlət müstəqilliyimiz qorundu. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü və dövlətini yox olmaq təhlükəsindən xilas etdi”.
Masallı rayon Təhsil sektorunun müdri Qoşqar Hətəmov Heydər Əliyevin xilaskarlıq misiyasından danışıb, Ulu Öndəri Azərbaycan dövlətinin banisi olduğunu bildirib: “Bütövlükdə, Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətçiliyinin etibarlı bünövrəsini yaratdı. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu. İctimai-siyasi sabitlik amili indi də bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış edir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir”.
Tədbir digər çıxışlarla davam edib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo