ATİAHİ sədri Araz Paşayev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib
26-27 noyabr tarixlərində Monteneqronun Budva şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin Konfransı keçirilib.Avrop və Asiyanın 55 ölkəsinin 123 üzv təşkilatından təxminən 500 nümayəndənin qatıldığı bu mötəbər tədbirdə Azərbaycanı ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Konfransın əsas mövzusu “Sosial Avropada dövlət təhsilinin gələcəyi uğrunda mübarizə” olub. Tədbirdə həmkarlar ittifaqlarının gücləndirilməsi, dövlət təhsilinin hər kəs üçün əlçatan və keyfiyyətli olması, ədalətli və inklüziv təhsil, təhsildə rəqəmsal alətlərin və süni intellektin təsirləri, eləcə də mühafizəkar ideologiyalara qarşı mübarizə kimi aktual məsələlər geniş müzakirə olunub. Eyni zamanda, konfrans çərçivəsində təşkilatın son dörd illik fəaliyyəti və auditor hesabatları nəzərdən keçirilib, 2025-2028-ci illər üçün strateji fəaliyyət proqramı və büdcə qəbul edilib.Tədbirdə Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, baş katibi David Edvard, Təhsil üzrə Avropa Həmkarlar İttifaqının prezidenti Larri Flanagan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə koordinatoru Jelmer Evers, həmkarlar ittifaqı liderləri, elm və təhsil üzrə ekspertlər, eləcə də ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak ediblər.Təhsilin qarşısında duran çətinliklərə həsr olunmuş çıxışlarda dövlət məktəblərinin azalması, özəl təhsil müəssisələrinin artması, təhsilə ayrılan büdcələrin azaldılması və peşəkar müəllim çatışmazlığı kimi məsələlər xüsusi vurğulanıb.Konfrans zamanı Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezident, vitse-prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilib. Qapalı səsvermə nəticəsində İrlandiya Müəllimlər Birliyinin sədri Con Makqabhann dörd illik müddətə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti seçilib. Danimarka, Böyük Britaniya, Fransa, Serbiya, Polşa və İspaniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri vitse-prezident vəzifəsinə seçilib.Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də İcraiyyə Komitəsinə namizəd göstərilib və böyük səs çoxluğu ilə 2025-2028-ci illər üçün İcraiyyə Komitəsinin üzvü seçilib.İcraiyyə Komitəsinin ilk iclasında çıxış edən Araz Paşayev ona göstərilən etimada görə iştirakçılara təşəkkür edib və ATİAHİ-nin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ən böyük üzv təşkilatı kimi təhsil işçilərinin hüquqlarının qorunmasında gördüyü işlər barədə məlumat verib.Səfər çərçivəsində Araz Paşayev Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin yeni seçilmiş prezidenti Con Makqabhann və direktor Jelmer Evers ilə təkbətək görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bununla yanaşı, Bolqarıstan və İspaniyanın həmkarlar ittifaqları liderləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.cd44b766-cce3-4930-8c20-36032909cd02 (1).jpeg 190.95 KBIMG_3419.jpg 1003.36 KBIMG_3422.jpg 1.04 MBIMG_3444.jpg 758.19 KBIMG_3522 (1).jpg 704.25 KBIMG_3458.jpg 874.94 KB
27.11.2024
ATİAHİ nümayəndə heyəti Tacikistanda keçirilən Beynəlxalq Konfransda iştirak edib
21-22 noyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndə heyəti Tacikistanın Düşənbə şəhərində 6 ölkənin iştirakı ilə keçirilən beynəlxalq konfransda iştirak edib. Konfrans Tacikistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Beynəlxalq əmək standartlarının təşviqində həmkarlar ittifaqlarının rolu və təcrübəsi" mövzusunda keçirilib.Tədbir təhsil işçilərinin əmək hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması və beynəlxalq əmək standartlarının tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparmaq məqsədilə təşkil olunub. Konfransda Tacikistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Türkiyənin təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri və fəalları iştirak ediblər. İştirakçılar arasında Tacikistanın Elm və Təhsil Nazirinin müavini Camşed Jurazoda, Tacikistan Həmkarlar İttifaqları Federasiyasının sədri Malikşo Nemətzoda, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçilərin Fəaliyyəti Ofisinin baş mütəxəssisi Qoça Aleksandria və BƏT-in Milli Koordinatoru Sabir Əminov da yer alıb.Azərbaycanı bu tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Respublika Komitəsi sədrinin katibi-müşaviri Renata Mənsurova və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Qönçə Hacıyeva təmsil ediblər.Konfransda həmkarlar ittifaqlarının beynəlxalq əmək standartlarının tətbiqində və təhsil işçilərinin hüquqlarının qorunmasındakı mühüm rolu müzakirə edilib. Qönçə Hacıyeva ATİAHİ RK-nın fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat verib. O, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir hissəsi olaraq, ölkəmiz tərəfindən ratifikasiya edilən Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyası və 1 protokolunun tətbiqi ilə bağlı təcrübələrini bölüşüb.İki gün davam edən konfransda həmkarlar ittifaqlarının beynəlxalq əmək hüquqlarının təşviqi və sosial ədalətin təmin edilməsi istiqamətindəki fəaliyyətləri yüksək qiymətləndirilib. Tədbir iştirakçıları bu mövzularda daha geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıblar.IMG_9067.JPG 438.55 KBIMG_9068.JPG 391.49 KB
22.11.2024
ATİAHİ nümayəndə heyəti Türkiyədə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransında iştirak edir
ATİAHİ nümayəndə heyəti Türkiyədə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransında iştirak edir22-23 noyabr tarixlərində Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransı keçirilir. Tədbirdə 47 ölkədən 1574 elm və mədəniyyət nümayəndəsi iştirak edib. Azərbaycanı bu mötəbər tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Elmi konfransda Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə naziri Sadıq Gardiyanoğlu, Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylan, eləcə də Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Kosovo, Makedoniya, Rumıniya və İraqdan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri iştirak edirlər.Konfrans çərçivəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransının fəxri münsiflər heyətinə üzv seçilib.Qeyd edək ki, 2017-ci ildən etibarən Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşəbbüsü ilə təşkil olunan bu konfranslar türkdilli ölkələr arasında elm, təhsil, sosial və mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Eyni zamanda, bu tədbirlər yüzlərlə türkdilli gənc alimin yetişməsinə, onların beynəlxalq elmi arenaya çıxışına şərait yaradır.467909521_7537880103003767_10881982782352288_n.jpg 349.67 KBIMG_9065.JPG 11.01 MB
22.11.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib
Noyabrın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev, ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib.3Görüşdə Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin professorları iştirak ediblər. Beynəlxalq Zirvə Konfransında ediləcək çıxışlar müzakirə olunub.2Qeyd edək ki, Türkiyə Mühəndislər Dərnəyi və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının dəvəti ilə ATİAHİ Respublika Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 5-7 dekabr tarixlərində baş tutacaq konfransın əsas məqsədi Türk coğrafiyasındakı mühəndisləri ortaq platformda bir araya gətirərək təhsil sahəsində yeni perspektivlər açmaqdır.1Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ölkəmizi təmsil edəcək alimlərə uğurlar arzulayıb.Araz Paşayev görüş zamanı 60 illik yubileyini qeyd edən Azərbaycan Texniki Universitetinin Kibertəhlükəsizlik kafedrasının müdiri, professor Yadigar İmamverdiyevi təbrik edib. Professor Respublika Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olunub.67
16.11.2024
Bizimlə əlaqə