Masallıda Ramazan bayramı münasibətilə tədbir təşkil olunub

 
 Aprelin 29-da müqəddəs Ramazan bayramı münasibətilə Masallı rayonunda tədbir keçirib.
 ATİAHİ Masallı rayon komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun pedaqoji ictimaiyyəti iştirk edib.
 Təhsil Şöbəsinin müdir mavini Samit İslamov çıxışında Ramazan ayının gözəlliklərindən söz açıb. Bildirib ki, mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Onun sözlərinə görə, Ramazan bayramı ölkəmizdə milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxah duyğuların təntənəsinə çevrilib, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Masallı rayon komitəsinin sədri Səfail Eyvazov bayramın dövlət səviyyəsində qeyd olunmasını xalq-iqtidar birliyinin təntənəsi adlandırıb və Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu qeyd edib. Vurğulayıb ki, bu gün ölkəmiz dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınır.
Sonunda iştirakçılara bayram hədiyyələr təqdim edilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo