Masallı rayonunda qadınlar bayramı münasibətilə tədbir keçirilib. ATİAHİ Masallı rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə təşkil olunan tədbirə məktəblərin qadın müəllimləri dəvət olunub.
Bayram tədbirində Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və rayon komitəsinin sədri Səfail Eyvazov çıxış ediblər. Bildirilib ki, həmişə ən uca zirvələrdə dayanan Azərbaycan qadınları xoş və nəcib əməlləri, xeyirxahlığı, mətin iradəsi, şəfqəti və təşəbbüskarlığı ilə daim seçilir və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Azərbaycan anası həmişə vətən üçün layiqli və mərd övladlar tərbiyə edib. Həmin oğullar qəhrəmanlıq və şücaət göstərərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək misilsiz qələbə çalıblar.
Qadın müəllimlər onlar üçün hazırlanmış tədbirə görə, təşkilatçılara təşəkkür ediblər.
Sonda hədiyyələr təqdim olunub.