Masallıda Müəllimlər Günü qeyd olunub


ATİAHİ Masallı rayon komitəsi Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birlikdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə rayon məktəblərinin rəhbərləri və müəllimləri iştirak ediblər.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdri Elxan Nəcəfov çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıb. O, Masallı rayonunda təhsilin vəziyyətindən, şagirdlərin olimpiadalarda və müxtəlif müsabiqələrdə əldə etdiyi yüksək nəticələrdən, bu uğurların əldə olunmasında müəllimlərin danılmaz xidmətlərindən bəhs edib. 

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova dövlətimizin təhsil siyasətindən, bu sahəyə olan dövlətimizin diqqət və qayğısından, həmçinin müəllimlərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlardan danışıb.

Müəllimlər onlara göstərilən diqqətdən və hörmətdən hər zaman razı olduqlarını ifadə ediblər. 

Sonda müəllimlərə müxtəlif hədiyyələr təqdim olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo