Masallı rayonunda qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir keçirilib.
ATİAHİ Masallı rayon komitəsi və Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon məktəblərinin işçiləri iştirak ediblər.
Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və rayon komitəsinin əməkdaşı Qardaş Fətullayev çıxış edərək xalqımızın adət-ənənələrindən, Novruzun tarixindən danışıblar. Bildirilib ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir. Müstəqil ölkəmizdə hər il qüdrətli dövlətimizin dəstəyi ilə Novruz bayramı böyük həvəs və təmtərqala keçirilir.
Tədbir digər çıxışlarla davam edib. Sonda ittifaq üzvlərinə hədiyyələr təqdim olunub.