Qadınların rayonun ictimai həyatındakı fəaliyyəti müzakirə olunub
Masallı rayonunda 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Masallı rayon İcra Hakimiyyəti və ATİAHİ Masallı rayon komitəsinin birgə təşkil etdiyi tədbirdə Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi va humanitar məsələlər üzrə müavini Aybəniz Qafarova, ATİAHİ Masallı rayon komitəsinin sədri Səfail Eyvazov, Masallı rayon Regional Kollecin tələbəsi Səbinə İbrahimova çıxış edərək qadınların rayonun ictimai həyatındakı fəaliyyətindən danışıblar. Tədbirdə həmçinin “Regional hüquqi və iqtisadi maariflandirmə “ İctimai Birliyinin sadri Arzu Bağirova hüquqi va iqtisadi maarifləndirmədə qadınların rolu mövzusunda məruzə edib. 

Tədbirin sonunda iştirakçılara qiymətli hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo