Martın 16-da Masallı rayonunda Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
ATİAHİ Masallı rayon komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təhsil Şöbəsinin müdir müavini Samit İslamov və rayon komitəsinin Səfail Eyvazov çıxışlarında Novruz bayramının tarixindən, adət-ənənələrindən, milli həmrəyliyimizi qorumasından danışıblar.
S.Eyvazov vurğulayıb ki, xalqımızın ən qədim bayramı olan Novruz öz gəlişi ilə hər kəsin üzünə təbəssüm bəxş edir, sevinc və şadlıq gətirir. Onun sözlərinə görə, son iki ildir xalqımız bu bayramı Zəfər sevincinin xoş əhval-ruhiyyəsi altında qeyd edir, Vətən müharibəsində qazanılmış qələbə Novruzu daha da təravətləndir.
Tədbirin sonunda iştirakçılara bayram sovqatları paylanılıb.