Masallıda keçirilən tədbirdə ölkəmizin inkişafında müəllim əməyindən danışılıb

AHİK-in üzv təşkilatı ATİAHİ Masallı rayon komitəsi Təhsil sektoru ilə birlikdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirib.
İştirakçıları salamlayan Masallı rayon komitəsinin sədri Safail Eyvazov müəllimlərin gənc nəslin yetişməsində, təlim-tərbiyəsində rolundan, ölkə təhsilinin inkişafında xidmətlərindən danışıb. Komitə sədri həmçinin dövlətimiz tərəfindən təhsil işçilərinə olan qayğını, onların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımları qeyd edib.
Ölkəmizdə müəllim adına verilən yüksək qiymət və cəmiyyətimizdə onlara olan ali münasibətdən bəhs edən Masallı rayonu üzrə Təhsil sektorunun müdri Elman Rzayev həm də Azərbaycanın inkişafında, bütün sahələri əhatə edən nailiyyətlərdə müəllimin əməyinin danılmaz olduğunu bildirib.
Masallı şəhər 1 №-li məktəbin direktor mavini Mehriban Sultanova, Masallı Ziyalıları ictimai birliyin sədri Qardaş Fətullayev və Qızılavar kənd tam orta məktəbin direktoru Lətifə Qənbərova çıxışlar edərək müəllimləri təbrik edib, torpaqlarımızın azad olunmasında iştirak edən, böyük qəhrəmanlıqlar göstərən müəllimlərdən söz açıblar. Tədbirin sonunda müəllimlərə hədiyyələr verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo